Buraxılış imtahanlarının nəticələri açıqlandı

10 İyun 2013 12:14 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində iyunun 7-də keçirdiyi test imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyadan AzNews.az-a verilən məlumata görə, şagirdlər imtahan nəticələri TQDK-nın saytında yerləşdirilib. Şagirlər sayta daxil olmaqla cavab kartlarının qrafik təsvirləri ilə də tanış ola bilərlər.

Həmin gün imtahanlar Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdləri üçün keçirilib. İmtahanda 32121 nəfər IX sinif , 23835 nəfər isə XI sinif şagirdi iştirak edib.

AzNews.az