Başına 1 milyon qoyulan terrorçudan xəbər var

15 Yanvar 2021 12:30 (UTC+04:00)

Türkiyənin Bitlis şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı daha 3 terrorçu zərərsizləşdirilib.

Onlardan biri “Poyraz Bulanık” kod adlı terrorçu Qurban Pəhlivandır.

O, 2017-ci ildə iki polis əməkdaşının qətlini təşkil edənlər arasında olub və “narıncı bülleten”lə axtarılanlar siyahısındadır.

Həmçinin, sözügedən terrorçunu tapan şəxsə 1 milyon TL (230 min 600 AZN) mükafat veriləcəyi qeyd olunmuşdu. (“Qafqazinfo”)