Yeni baş nazirin adı açıqlandı

15 Yanvar 2021 15:20 (UTC+04:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin formalaşdırılmasını Askar Maminə tapşırıb.

Məlumata görə, bu barədə müvafiq fərman imzalanıb.

Qazaxıstan parlamenti A.Mamini baş nazir vəzifəsinə təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanda keçirilmiş parlament seçkilərində hakim "Nur Otan" partiyası qalib gəlib.

Askar Mamin 2019-ci ilin fevralından Qazaxıstanın baş naziri işləyib.

AzNews.az