Bu şəxslər hərbi formadan istifadə edə bilərlər

15 Yanvar 2021 16:12 (UTC+04:00)

Hərbi formadan istifadə hüququ olmayan şəxslər müəyyən mağazalardan aldıqları və digər vasitələrlə əldə etdikləri formanı geyinə bilməzlər.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

O qeyd edib ki, hərbçi olmayan, ordudan tərxis edilmiş şəxslərin bu formanı əldə edərək geyinməsi hərbi formanın pozulması deməkdir: "Azərbaycan Silahlı Qüvvələrində xidmət edib ordudan pensiyaya çıxan hərbçilər isə hərbi formadan istifadə edə bilərlər". (APA)

AzNews.az