"Şuşamız öz doğmalarını qarşılayır” - Deputat

15 Yanvar 2021 16:40 (UTC+04:00)

“Bu gün tarixi bir gündür. Böyük zəfər, qürur hissini bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa səhərinə səfər ediblər. 28 ildən sonra Azərbaycan tarixində xüsusi yerə sahib Şuşamız öz doğmalarını qarşılayır”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov prezident və ailəsinin Şuşa səfərini şərh edərkən qeyd edib:

“Ümumilikdə, cənab Ali Baş Komandımızın işğaldan azad olunmuş ərazilərimizə səfərləri həm siyasi, həm iqtisadi əhəmiyyətə malikdir və bu yöndə atılan addımlar da Qarabağımızın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir.

İnanıram ki, dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşamıza və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. O gün uzaqda deyil!”

Səidə

AzNews.az