İlham Əliyev Xocalıda - Video

15 Yanvar 2021 18:29 (UTC+04:00)

İşğaldan azad edilmiş torpaqlara səfər edən Prezident İlham Əliyev Xocalı rayonunun Sığnaq kəndində də olub.

AzNews.az xəbər verir ki, bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. İ. Əliyev yaşayış yerlərinin birində Azərbaycan və Türkiyənin bayrağının asıldığını bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı asılmış portretinə “iki qardaş!” deyərək reaksiya verib.

Dövlət başçısı qeyd edib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əməliyyat daşıyırdı: “Ordumuz böyük qəhrəmanlıq göstərib işğalçılardan bu kəndləri azad etmişdir”.

Prezident növbəti istiqamətin Daşaltı kəndi və Şuşa şəhəri olduğunu vurğulayıb.