Kainatın ən qədim planeti aşkarlandı

15 Yanvar 2021 20:35 (UTC+04:00)

Amerikalı astronomlar kainatın ən qədim planetini aşkar ediblər.

AzNews.az xəbər verir ki, TOI-561b adı verilən planetin yaşının 10 milyard ilə yaxın olduğu hesab edilir.

TOI-561b planeti Yerdən təxminən 1,5 dəfə böyükdür və 280 işıq ili uzaqda yerləşir.

Qeyd edək ki, Yerin yaşı 4,5 milyard ilə bərabərdir.