Vilayət Eyvazovdan yeni təyinat

15 Yanvar 2021 21:09 (UTC+04:00)

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin olunub.

O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.