Türkiyədə yoluxma və ölüm sayında yenidən azalma

15 Yanvar 2021 21:58 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 169 nəfər dünyasını dəyişib, 921-i simptomatik olmaqla 8314 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 23664-ə, bu virusa yoluxanların sayı isə 2 373 115-ə çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.