Dünya çempionatından imtina etdilər

15 Yanvar 2021 22:23 (UTC+04:00)

Yeni Zelandiyanın “Oklend Siti” klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.

AzNews.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Buna ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsi səbəb olub.

“Oklend Siti”nin turnirdən imtina etməsi nəticəsində Qətərin “Əl-Duhail” komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı 1 – 11 fevralda Qətərdə keçiriləcək.