Britaniyada bir gündə 1280 nəfər virusdan öldü

15 Yanvar 2021 23:58 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka 55 761 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.

AzNews.az worldometers.info-ya istinadla xəbər verir ki, yanvarın 15-də ölkədə infeksiyadan 1 280 nəfərin ölümü qeydə alınıb.

Bununla da, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb, onlardan 87 295 nəfəri vəfat edib.