"Mall"lar açılacaq? - RƏSMİ AÇIQLAMA

16 Yanvar 2021 11:15 (UTC+04:00)

Yanvarın 25-dən iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyətinə icazə verilməyəcək.

AzNews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə icazə verilsə də, iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyətinə icazə verilməyəcək.