Azərbaycanda iki nəfər suda boğularaq ölüb

10 İyun 2013 13:22 (UTC+04:00)




AzNews.az- ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da İmişli rayonunun Qızılkənd kəndində kənd sakini Hikmət Qarayev kanalda çimərkən boğularaq ölüb.

Digər hadisə isə Fatmayı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini İslam Musayev çimərkən dənizdə batıb. İ.Musayevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

AzNews.az