"Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib" - Prezidentin köməkçisi

16 Yanvar 2021 12:04 (UTC+04:00)

“Vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır”.

Musavat.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vaksinasiya prosesi yalnız qabaqcıl ölkələrdə başlayıb:

“Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib. Artıq ilk partiya gəlib. Yanvarın 18-dən ilk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq” (musavat.com)

AzNews.az