Daha bir əsas yol istifadəyə veriləcək - Bakıda

10 İyun 2013 13:26 (UTC+04:00)
Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə çəkilən yeni yolda son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qəsəbələrarası yolların tikintisi üzrə həyata keçirilən layihələrindən biri də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə yeni yolun tikintisidir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sifarişi ilə yeni salınan yolun uzunluğu 12,5 km, eni isə 21,5 metrdir. Yolun üzərində 11 su ötürücüsü, 3 heyvan keçidi inşa olunub.

Hazırda yolboyu işıq dirəklərinin quraşdırılması,dairələrdə yaşıllıq zolaqlarının salınması, əyrixətli tirlərin vurulması və sair işlər davam etdirilir. Son tamamlanma işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.

İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.

AzNews.az