“Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?" - İcra başçısı

16 Yanvar 2021 14:52 (UTC+04:00)

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

AzNews.az xəbər veri ki, Unikal.org-a açıqlama verən B.Səfərov insanların onun haqqında yazdıqlarından narahat olmadığını bildirib:

“Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim? Orada olan insanlara mən hesabat verməliyəm ki? Mən neyləyirəmsə, işimi necə icra edirəmsə mən bilirəm. Qardaş, mən dövlət məmuruyam. Onlar mənim icra başçısı kimi necə işlədiyimi bilməzlər. Onların savadları odur. Ağıllarına nə gəlir yazırlar”.