Almaniyanın XİN rəhbəri Türkiyəyə səfər edəcək

16 Yanvar 2021 16:05 (UTC+04:00)

Almaniyanın xarici işlər naziri Hayko Maas yanvarın 18-də Türkiyəyə səfər edəcək.

AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.