Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək

16 Yanvar 2021 23:09 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Demokrat Partiyasının yaydığı açıqlamada məlumat verilib.

Xatırladaq ki, Viktoriya Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına kimi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Bundan əlavə Co Bayden ABŞ dövlət katibinin müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb.

Qeyd edək ki,V.Şerman Barak Obamanın prezidentliyi dövründə Dövlət Departamenti rəhbərinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.