Britaniyada bir gündə 1295 nəfər virusdan öldü

16 Yanvar 2021 23:21 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində daha 41 346 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.

AzNews.az worldometers.info-ya istinadla xəbər verir ki, ölkədə bu gün 1295 nəfərin virusdan ölümü qeydə alınıb.

Bununla da, Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı 3 357 361 nəfərə yüksəlib, onlardan 88 590-ı vəfat edib.