“Çelsi” derbidə qalib gəldi

17 Yanvar 2021 11:18 (UTC+04:00)

“Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Fulhem"ə qalib gəlib.

AzNews.az xəbər verir ki, London derbisində qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin yeganə qolunu 78-ci dəqiqədə Meyson Maunt vurub.

Qələbə "Çelsi"yə 29 xal toplamağa və turnir cədvəlində yeddinci yerə yüksəlməyə imkan verib. Aktivində 12 xalı olan "Fulhem" isə yarış cədvəlində 18-ci yerdə qərarlaşıb.

"Çelsi" yanvarın 19-da keçiriləcək növbəti turda səfərdə "Lester"lə oynayacaq. "Fulhem" bir gün sonra öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.