Ermənilərin böyük sığınacağı aşkarlandı - VİDEO

17 Yanvar 2021 11:46 (UTC+04:00)

Ermənilərin dağ altında qurduqları sığınacaq hərbçilərimiz tərəfindən aşkar edilib.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, hərbçilərimiz tərəfindən çəkilən görüntülərdən aydın olur ki, dağ altında salınan və əsasən də ağır artilleriyadan qorunmaq üçün istifadə olunan sığınacağın çıxışları döyüş səngərinə də aparır.

Əsasən dəmirdən hazırlanan bu sığınacaq 3 mərtəbəlidir. Hər mərtəbəsində erməni döyüşçülər üçün otaqlar da nəzərdə tutulub.

Görüntülərdən aydın olur ki, sığınacağın çıxış hissəsi müxtəlif səngərlərə aparır. Səngərlərə çıxan zaman isə dağlıq ərazidə döyüş meydanını, nəzarət edilən əraziləri çox aydın şəkildə müşahidə etmək olar.

Ermənilərin həm sığınacaq, həm kazarma, həm də müşahidə məntəqəsi kimi istifadə etdikləri zirehli və bir zamanlar keçilməz olan bu sığınacaq indi hərbçilərimizin nəzarətində və istifadəsindədir.