YAP kütləvi mitinqlərə başlayacaq – Dəqiq vaxt

10 İyun 2013 14:15 (UTC+04:00)


"Yeni Azərbaycan Partiyası prezident seçkiləri üçün qanunda nəzərdə tutulan təbliğat müddəti başlamamış mitinq və kütləvi aksiya keçirmək fikrində deyil. Buna ehtiyac duyulmadığı üçün partiyada belə bir qərar yoxdur".

Bu sözləri AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçkiyə 60 gün qalmış namizədlərin təbliğat-təşviqat dövrü başlayır və YAP-da öz namizədinin təbliğat işlərinə həmin zaman başlayacaq.

Partiya rəsmisinin sözlərinə görə, qanuna əsasən, təbliğat müddəti başladıqdan sonra ölkənin bütün rayon və şəhərlərində əhali ilə görüşlər keçiriləcək, kütləvi mitinq və aksiyalar təşkil ediləcək və öz namizədlərinin təbliğatını aparacaqlar.

Anar
AzNews.az