Türkiyə Qara dənizdə batan Rusiya gəmisinin 3 üzvünü xilas edib

17 Yanvar 2021 15:32 (UTC+04:00)

Türkiyə Rusiyanın Qara dəniz sahillərində batmış gəmisinin 3 heyət üzvünü xilas edib.

AzNews.az xəbər verir ki, bu barədə Bartın əyalətinin qubernatoru Sinan Güner bildirib.

"Batmış Rusiya gəmisinin 3 heyət üzvü xilas edilib", - qubernator deyib.