Sovet İttifaqı qəhrəmanı olan deputat koronavirusdan öldü

17 Yanvar 2021 15:38 (UTC+04:00)

Sovet İttifaqı qəhrəmanı, Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş baş komandan müavini, Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Nikolay Antoşkin koronavirusdan vəfat edib.

AzNews.az-ın Reyting.az-a istinadla verdiyi xəbərə görə, Antoşkin xəstəxanada keçinib.

“Vahid Rusiya” partiyasının Dövlət Dumasındakı fraksiya rəhbəri Sergey Neverov general-polkovnikin ölümündən az əvvəl COVID-19-a yoluxduğunu təsdiqləyib.

Nikolay Antoşkin 19 dekabr 1942-ci ildə anadan olub, hərbi pilot idi. 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib. Xidmətinə və qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1998-ci ildə təqaüdə çıxıb.