Türkiyənin 4 şəhərində zəlzələ oldu

17 Yanvar 2021 17:54 (UTC+04:00)

Türkiyənin İzmir, Çanaqqala, Ərzincan və Elazığ şəhərlərində zəlzələ olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə zəlzələnin gücü 3,8 bal, Çanaqqala və Ərzincanda 3,1 bal, Elazığda 4,1 bal olub. Zəlzələlərdə hər hansı dağıntının olmadığı bildirilir.

Elazığdakı təkanlar 17,14 kilometr dərinlikdə yerləşib.