Cəbrayılda ağ fosforlu mərmi aşkarlandı - FOTOLAR

17 Yanvar 2021 22:10 (UTC+04:00)

Bu gün Cəbrayıl rayonunda yerləşən keçmiş erməni hərbi mövqeyindən daha bir ədəd Ağ Fosforlu mərmi aşkar olunub.

AzNews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Minatəmizləmə Agentliyi sosial şəbəkə hesabından paylaşım edib.

Bildirilib ki, bu faktlar Ermənistanın mülki şəxslərə qarşı qanunsuz, Beynəlxalq Humanitar Hüquqa zidd əməllərini sübut edir.

Ərazidən tapılmış sursatların fotolarını təqdim edirik: