"Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur"

18 Yanvar 2021 14:02 (UTC+04:00)

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.

“Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, - o vurğulayıb. (report)

AzNews.az