Ermənistanın səhiyyə naziri istefa verib

18 Yanvar 2021 14:18 (UTC+04:00)

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa verib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, nazirin istefası barədə bir müddət əvvəl məlumatlar yayılsa da, Nazirlik bu xəbərləri təkzib edirdi.

A.Torosyanın Ermənistan hökumətinin aparat rəhbəri təyin olunacağı gözlənilir.