Azərbaycanda içki və tütünə xərclənən vəsait artıb

18 Yanvar 2021 18:41 (UTC+04:00)

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satılıb.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu vəsaitdən 21,7 milyard manat ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manat qeyri-ərzaq malları satılıb.

2019-cu illə müqayisədə, pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən, qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artıb.