Əhali pandemiyada dərmanlara 748,9 milyon xərcləyib

18 Yanvar 2021 20:58 (UTC+04:00)

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 748,9 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu da 2019-cu illə müqayisədə 140,5 faiz çoxdur.

Qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.