Əfv və amnistiya olacaq?

18 Yanvar 2021 21:09 (UTC+04:00)

Parlamentin İnsan Hüquqları komitəsində yaz sessiyası müddətində 2 dinləmə keçiriləcək.

AzNews.az-ın Modern.az-a istinadən məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Komitədə sessiya müddətində 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və "Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin" keçirilməsi nəzərdə tutulub.