Türkiyədə koronavirusla bağlı son vəziyyət

18 Yanvar 2021 22:57 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 164 nəfər dünyasını dəyişib, 749-u simptomatik olmaqla 5862 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 24161-ə, bu virusa yoluxanların sayı isə 2 392 963-ə çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.