Bu gün Yerevanda etiraz aksiyası keçiriləcək

19 Yanvar 2021 08:26 (UTC+04:00)

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.

“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.

"Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarının xəyanəti sərhəd tanımır", - bəyanatda qeyd edilir.(report)

AzNews.az