ÜST koronavirusa görə Çini günahlandırdı

19 Yanvar 2021 08:31 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

AzNews.az xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb.

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına səbəb onun ilk günlərdə gizlədilməsi olub.

Bildiriblər ki, Çinin virusun yayılmasının qarşısını almaq üçün daha tez reaksiya vermək imkanı vardı.