Dəhşətli qəza: Yük avtomobili qazanc dalınca gedən 15 işçini vurub öldürdü - VİDEO

19 Yanvar 2021 08:40 (UTC+04:00)

Hindistanda yük avtomobili qazanc dalınca şəhərə piyada gedən və yol kənarında gecələyən 15 günəmuzd işçini vuraraq öldürüb.

Qeyd edilir ki, hadisə qərbi Qucarat ştatında, Surat şəhərindən təxminən 60 kilometr məsafədə baş verib.

Məlumata görə, yük avtomobili qaranlıqda işçilərin üzərindən keçib. Nəticədə 12 nəfər hadisə yerindəcə həlak olub, daha səkkiz nəfər ciddi xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçü xəstəxanada ölüb, daha bir neçə nəfərin vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisənin araşdırılmasına başlayıb. (report)

AzNews.az