Bakıda “Mercedes” yanıb

19 Yanvar 2021 09:20 (UTC+04:00)

Bakının Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.