Məşhur prodüser öldü - HƏBSDƏ

19 Yanvar 2021 09:50 (UTC+04:00)

Dünyaca məşhur prodüser, söz yazarı Fil Spektor dünyasını dəyişib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “COVID-19”a yoluxan 81 yaşlı Spektorun vəziyyəti pisləşdiyindən o vəfat edib.

Xatırladaq ki, prodüser 2003-cü ildən indiyədək həbsxanada olub. O, aktrisa Lana Klarksonu öldürməkdə ittiham olunub və hakim tərəfindən 19 il müddətinə azadlıqdan məhrum edilib.