Rusiyada qar uçqunu - Ölən və itkinlər var

19 Yanvar 2021 11:07 (UTC+04:00)

Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikasında qar uçqunu baş verib.

Hadisə axşam saatlarında Dombay Xizək Mərkəzində qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Mussa-Acitara dağının Dombay bölgəsindəki uçqun fəlakəti ilə əlaqədar açıqlama yayıb.

“Bölgədəki hadisə ilə bağlı 233 şəxsi və 28 xilasetmə maşını işə başladı. Qar uçqununun hündürlüyü 300 metr olaraq hesablanıb. İlkin məlumata görə, iki xizək avadanlığı icarəsi məntəqəsi və bir kafe qar uçqunu altında qalıb”, - deyə məlumatda bildirilib.

Bölgəyə helikopterlər göndərilib. Artıq bir nəfərin cəsədi tapılıb, uçqun altında qalan 12 nəfərin axtarış və xilasetmə işləri davam etdirilir.

AzNews.az