Akar İraq Kürdüstanının Baş naziri ilə görüşüb

19 Yanvar 2021 18:36 (UTC+04:00)

Türkiyənin müdafiə naziri Hulusi Akar İraq Kürd Regional Rəhbərliyi ilə təmasları çərçivəsində bu səhər Erbil şəhərində İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani ilə görüşüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə İraqdakı və bölgədəki son proseslər, bölgədəki sülh, İraq Kürdüstanı ilə Türkiyə arasındakı ikitərəfli münasibətlər müzakirə olunub, sülh və sabitliyin təmin olunması üçün iş birliyinin inkişaf etdirilməsi qeyd olunub.

Görüşdə, həmçinin Bağdad ilə Erbil arasında imzalanan Sincar Sazişinin həyata keçirilməsinə dair təfərrüatlar müzakirə olunub.

“Bütün mübarizəmiz terror təşkilatına qarşıdır. İşbirliyimizi gücləndirməli və terror təşkilatı PKK-ya qarşı qətiyyətlə dayanmalıyıq. Məqsədimiz PKK problemini birlik içində ortadan qaldırmaq və qonşularımızla sülh içində yaşamaqdır”,- deyə Akar qeyd edib.