İstanbul aeroportu Avropada birincidir

19 Yanvar 2021 23:08 (UTC+04:00)

Ötən ilin hesablamalarına əsasən, İstanbul hava limanı sərnişin sayına görə Avropada birinci olub.

AzNews.az xəbər verir ki, 2020-ci ildə bu aeroportdan ümumilikdə 23 milyon 409 min 132 sərnişin istifadə edib.

İkinci və üçüncü yerləri isə 22,1 milyon sənişinlə Londonun Hitrou Beynəlxalq Hava Limanı və Parisin Şarl de Qoll aeroportu bölüşüb.

Amsterdam aeroportu 4-cü (20,9 milyon), Frankfurt hava limanı isə 5-ci (18,8 milyon) olub.