Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi APARILMAYACAQ

20 Yanvar 2021 10:58 (UTC+04:00)

Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

AzNews.az-ın xəbərinə görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.