“İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden

20 Yanvar 2021 11:57 (UTC+04:00)

"Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma işıq həmişə var. Bu dövləti bu qədər xüsusi edən budur”.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl çıxışında bildirib.

Bayden deyib ki, onun üçün növbəti prezident olmaq şərəfdir. "Vaşinqtona mənim səyahətim buradan başlandı", - ABŞ-ın yeni rəhbəri əlavə edib.

Bayden çıxışından sonra təyyarə ilə Vaşinqton ətrafındakı Endryus bazasına yola düşəcək.