ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi

20 Yanvar 2021 12:26 (UTC+04:00)

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Hespel istefa verib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, yazılı bəyanat yayıb.

“Bu gözəl təşkilata rəhbərlik etmək həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və gördüyümüz işlərdən qürur duyuram”, - deyə Hespel bəyanatında bildirib.