Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı

20 Yanvar 2021 13:06 (UTC+04:00)

Qarabağda erməni hərbçilərin cəsədləri tapılmaqda davam edir.

AzNews.az xəbər verir ki, ötən gün axtarışlar zamanı daha 1 erməni hərbçinin cəsədi tapılıb.

Bu gün 20 yanvar ümumxalq matəmi olduğu üçün azad edilmiş ərazilərdə axtarışlar aparılamaycaq. Amma sabahdan etibarən Cəbrayıl, Füzuli və Hadrutda axtarışlar bərpa olunacaq.

Müharibə bitdikdən sonra aparılan axtarış nəticəsində 1246 erməni cəsədi tapılıb.