Bahar Muradova Şəhidlər xiyabanında - FOTOLAR

20 Yanvar 2021 15:57 (UTC+04:00)

Yanvarın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

AzNews.az xəbər verir ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.