Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

20 Yanvar 2021 16:27 (UTC+04:00)

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, qadağaya səbəb yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusunun aşkarlanmasıdır.

İdxala qadağa yanvarın 16-dan qoyulub.