Erməni vəkillər etiraz edir

10 İyun 2013 16:15 (UTC+04:00)



Aksiyada 200-ə qədər vəkilin iştirak etdiyi bildirilir. Onların etirazı bu gün Kasasiya məhkəməsində ikili standartların tətbiq edilməsidir.

Ayk Alumyanın sözlərinə görə, dövlət onların tələblərini yerinə yetirməyincə sakit dayanmaq və susmaq fikirləri yoxdur.

Məlumat üçün deyək ki, düz bir il bundan öncə də Ermənistanda 40-a yaxın vəkil məhz bu səbəbdən etiraz edərək tətil elan etmiş və günlərlə işə çıxmaqdan imtina etmişdilər.

Aynur Hüseynova
AzNews.az