"Arsenal" müdafiəçisi ilə vidalaşdı

20 Yanvar 2021 20:57 (UTC+04:00)

İngiltərə "Arsenal"ı futbolçusu Sokratis Papastatopulosla yollarını ayırıb.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi yunanıstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, 33 yaşlı oyunçu "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçmişdi. O, 69 oyunda "topçular"ın formasını geyinib.