Gürcüstanın Azərbaycana pivə ixracı 17%-dək azalıb

20 Yanvar 2021 22:01 (UTC+04:00)

2020-ci ildə Gürcüstan Azərbaycana dəyəri 324.08 min ABŞ dolları olan 340.31 ton pivə ixrac edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 10.66 ton və ya 3%, dəyəri isə 65.19 min dollar və ya 16.7% azalıb.

2019-cu ildə Gürcüstan Azərbaycana 389.27 min dollar dəyərində 350.97 ton pivə ixrac edib.