Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi

20 Yanvar 2021 23:38 (UTC+04:00)

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 28 vətəndaşına, o cümlədən keçmiş Dövlət Katibi Maykl Pompeoya qarşı sanksiyalar tətbiq edib.

AzNews.az “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat Çin XİN-in saytında yerləşdirilib.

“Çin Çinin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinlə bağlı məsələlərdə atdığı bu cür addımlara görə məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, - bəyanatda deyilir.

Siyahıda, həmçinin Ağ Ev yanında ticarət üzrə milli şuranın rəhbəri vəzifəsini tutan Piter Navarro, sabiq Prezident D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen və ABŞ-ın BMT yanında daimi nümayəndəsi Kelli Kraft yer alıb.